На главную страницу
» Lexus LFA-nı vaxtından əvvəl satdı

Lexus LFA-nı vaxtından əvvəl satdı

Lexus LFA-nı vaxtından əvvəl satdı
Baxmayaraq ki, Lexus LFA-nı bu ilin dekabr ayında buraxacaq, artıq buraxılması planlaşdırılan 500  superkar satılıb.
Maraqlıdır ki, yapon avtomobilini ən çox Almaniya alıb: bütün LFA-nın 1/3 hissəsi. Diqqətəlayiqdir ki, əgər avropalılar avtomobili nəğd ala bilirlərsə, amerikalılar onu lizinqə götürmək məcburiyyətində qalacaq. Bu halda Lexus kələkbazlarla mübarizə aparmalı olacaq. Beləliklə, kompaniya hər ay 20 avtomobil istehsal etməyi planlaşdırır.
Xatırladaq ki, Lexus LFA cəmi 1480 kq-dır və 553 at gücündə, 480 Nm fırlanma tezliyi olan, V10 tipli, 4.8 litr həcmli mühərriklə təchiz olunub. Bunun nəticəsində avtomobil 0-100 km/saat sürətinə 3.7 saniyəyə çatır və maksimal sürəti 325 km/saatdır.
Mənbə: auto.utro.ru
Tərcümə: AUTO.AZ
скачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий