На главную страницу
» Subaru Cosworth Impreza STI CS 400

Subaru Cosworth Impreza STI CS 400

Subaru Cosworth Impreza STI CS 400
Subaru kompaniyası mühərrik istehsalı ilə məşğul olan Cosworth firmasıyla yaxın iş birliyi ilə adi halda 304 a.g verən hetçbek Impreza STI-nin bazasında, üstün gücləndirilmiş Subaru Cosworth Impreza STI CS 400 versiyasını təqdim etdilər. Kosvordda STI üçün olan nələr saydılar...
Nəticədə 2.5 litr həcmli turbo mühərriki 400 at gücünə qədər gücləndirilmiş, fırlanma tezliyi isə 540 Nm qeyd edilmişdir. Bu, İmpreza-ya 0-100 km/saat sürətə çatma müddətini qısaldaraq, demək olar ki, superkarlar kimi 3.7 saniyəyə çatmasına imkan vermişdir. Maksimal sürətini ümumilikdə elektron vasitəsilə məhdudlaşdırmaq məcburiyyətində qalaraq, avtobanlarda 250 km/saat olmasını təmin etmişlər.

Bu qədər güclənmənin səbəbi mühərrikdə yeni porşen və şatunların istifadəsi, blok və kompressorda aralıq başlıqlarının dəyişilməsi olmuşdur. ECU elektron blokunda da işləmə ayarı edilmədən keçinilmədi.
Texniki ayarlara 10 mm qısaldılmış asmalar və AP Racing firmasından olan 355mm diametrli ön əyləclər də daxildir.

Subaru Impreza Cosworth STI CS 400 yeni ön bamperi, radiator qoruyucusu, dumana qarşı fənər və arxa spoileri dəyişilmişdir. Avtomobili üç rəngdən birinə – gümüşü, tünd boz və ya qırmızı rəngdə rəngləyəcəklər. Görüntünü 18 düyümlük disklər tamamlayır.
Salonda adi oturacaqlar Recaro ilə əvəz olunmuş, mərkəzi konsol fortepiano qarası rəngi almış, şüşələr də tündləşdirilmişdir.

Böyük Britaniya bazarı üçün xüsusi olaraq istehsal olunacaq Subaru Impreza Cosworth STI CS 400 49 995 avrodan başlayan qiymətlə satılacaq.
Mənbə: www.allcarz.ru
Tərcümə: AUTO.AZ
скачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий