Anket
Sığortanın hansı yaxşıdır?

19 Ağu 17:29---

Range Rover LRX – artıq payızda

Range Rover LRX – artıq payızda
Land Rover öz yeni LRX kod nişanı altında olan krossoverinin yol testlərinə başladı. Bu avtomobil Land Rover markasının sırasında ən yığcam model olacaq. Tam ötürücü tipindən əlavə, təkcə ön ötürücü tipiylə də istehsal olunacaq. Bundan əlavə, bu model, lüks brendi olan Range Rover adı altında satılacaq. Bu da o deməkdir ki, ucuz qiymətləri gözləməyə dəyməz.
Range Rover markasının ən balaca və yüngül avtomobili, Freelander-in kompaktlaşmış platforması üzərində qurulacaq. Kapotunun altında isə 185 at gücünə malik olan, 2,2 litrli dizel mühərriki yerləşdiriləcək. Benzin mühərriklərin istehsalı hələ də sual altında qalır, çünki Avropada benzinlə işləyən ofrouderlərə və krossoverlərə tələbat çox azdır. Həm də, öz texniki xarakteristikalarına görə, müasir dizellər mühərriklərinin benzin mühərriklərindən üstün olmasına baxmayaraq, yanacağı da az sərf edir.
Yeni Range Roverin nümayişi, bu payız Parij şəhərində gözlənilir.


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: