На главную страницу
» Kia məşhur krossover Sportage-i yeniləyib

Kia məşhur krossover Sportage-i yeniləyib


Kia məşhur krossover Sportage-i yeniləyib

Koreyanın avtomobil istehsalçısı Kia məşhur krossoveri olan Sportage-i yeniləmək qərarına gəlib və onu Çikaqo avtosalonunda nümayiş etdirib. Kompakt krossover artıq yeni qabaq və arxa bamperlərə, diodlu dönmə indikatorları olan yeni faralara, duman əleyhinə faralara, arxa fənərlərə və yeni dizaynda təkər disklərinə malikdir.
Bundan əlavə, Kia yeni S Trim komplektasiyası da istehsal edib. Ona daha idmansayağı daxili və xarici dizayn elementləri daxildir və tam və ya qabaq ötürücü sistemlə təklif edilir. Salona gəldikdə isə, burada informasiya-əyləncə sisteminin 8-düymlük sensorlu ekranını və süni dəridən oturacaqları görmək olar.
Sportage, həmçinin yeni təhlükəsizlik sistemi alıb – krossoveri hərəkət xəttində qalma, təhlükə barədə sürücünü xəbərdar etmə və piyadalara nəzarət və s. sistemləri ilə təchiz ediblər.
Sportage-in kapotu altında elə həmin güc qurğuları dayanır – 2- və 2,4-litrlik benzin və ya dizel ilə işləyən mühərriklər.
AUTO.AZскачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий