На главную страницу
» BMW yenilənmiş 7-Series təqdim etdi

BMW yenilənmiş 7-Series təqdim etdi

BMW yenilənmiş 7-Series təqdim etdi

Almaniyanın avtomobil nəhəngi BMW təkmilləşdirilmiş 7-Series təqdim edib. Təkmilləşdirilmiş yeddilik yeni qabaq və arxa hissə alıb ki, bu, ona daha cəsarətli görünüş verməlidir.
Əlbəttə, yeni 7-Series-in dizaynından danışarkən onun nəhəng radiator barmaqlığını qeyd etməmək olmaz. Bu, çox böyük dəyişiklikdir. Əvvəlki versiya ilə müqayisədə, yeni yeddiliyin barmaqlığı 40% böyüyüb. Bir çoxları artıq bu dəyişikliyin əleyhinə çıxırlar, lakin gəlin, bazarın yeniliyə necə reaksiya verəcəyini gözləyək.
7-Series, həmçinin yeni qabaq faralar alıb – onlar daha nazikdir və stilistik cəhətdən kontrast yaradır. Avtomobilin arxa hissəsində qaz buraxma borusu üçün qalın xrom haşiyə, habelə qırmızı rəngdə xətlə birləşdirilmiş daha nazik fənərlər mövcuddur.
Yenilik üçün əsas dəyişiklik isə 4,4-litrlik V8 mühərriki oldu. Bu mühərrik ilk dəfə 8-Series-də quraşdırılmışdı – 523 a.g., 750 Nm. Daha bir yenilik isə hibrid güc qurğusudur – o, 6-silindrli, 388 a.g. və 600 Nm verən benzin mühərrikdən ibarətdir. Özü də yalnız elektrik mühərriki vasitəsilə avtomobil 54-58 km məsafə qət edə bilər.
M760Li xDrive ən güclü versiyasında 6,6-litrlik V12 quraşdırılıb ki, o, 577 a.g. və 850 Nm-ə malikdir. Bu mühərrik ağır çəkili sedanı 3,8 saniyəyə 100 km/saata sürətləndirir. Maksimal sürət isə 305 km/saatdır.
Bundan əlavə, 260 a.g., 620 Nm, 316 a.g., 680 Nm və ən güclü 394 a.g., 760 Nm gücə malik 3-litrlik, 6-silindrli dizel mühərriklər də əlyetərli olacaq.











скачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий