На главную страницу
» » Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Hazırda qiymətlər bahadır

“Hazırda avtomobil bazarında canlanma müşahidə edilir. Təəssüf ki, ölkəyə Çindən işlənmiş maşınlar, xarici ölkələrdən dizel mühərrikli avtomobillər daha çox gətirilir”.
Bunu Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, ölkəmizə gətirilib ucuz qiymətə satılan Gürcüstan istehsalı avtomobillər əzilmiş, parçalanmış maşınlardan hazırlanır. Əhalinin bahalı maşın almaq imkanı olmadığı üçün ucuz maşın axtarırlar. Təəssüf ki, həmin maşınlar yollarımızda ölüm təhlükəsi saçır. Qəza olan kimi parçalanır, qəfildən alışıb-yanırlar.
Ekspert bildirib ki, havalar isindikcə insanlar komfortlu, kondisionerli maşın axtarırlar. Yay aylarında ölkəyə turistlər gəldiyi üçün Rusiya istehsalı “VAZ 21-06, VAZ 21-07” avtomobilləri ilə taksi xidməti göstərən sürücülər, maşınlarını “OPEL”, “Mercedes”ə dəyişməyə çalışırlar. Çünki, turistlər köhnə Rusiya istehsalı olan taksilərə üstünlük vermirlər. Əlbəttə, bu yaxşı seçimdir. Sürücülər özləri də bəzən bezirlər. Çox istərdik ki, avtomobillərin gömrük rüsumları azaldılsın. İnsanlar Gürcüstandan gətirilmiş əzilmiş maşınları yox, birbaşa xarici ölkələrdən işlənmiş də olsa, normal maşın gətirə bilsinlər..
Ekspert avtomobillərin qiymətində cüzi artım olduğunu bildirib:
“Qiymətlər hələ ki, stabildir. Cüzi artım müşahidə olunur. Alıcılıq qabiliyyəti o qədər də yüksək olmadığına görə, bir-iki həftə əvvəl 14-15 minə satılan avtomobillər, 2 həftə sonra 13 minə, 12 minə satılır ki, əldə qalmasın”.
Avtomobil mühitimiz çox bərbad vəziyyətdədir
“Bu gün avtomobil bazarında satılan maşınların əksəriyyətinin ya mühərrikində problem var, ya bir neçə dəfə vurulmuş maşınlardır, əgər qiyməti ucuzdursa, xarici ölkələrdə sunamiyə, selə-suya düşmüş maşınlardır. Biz onları üstünün gözəlliyinə aldanıb alırıq, içərisinin nə vəziyyətdə olduğunu bilmirik. Ona görə də, həmin maşınlar bir müddət sonra pas atıb çürüyür, alışıb yanır”-deyə Elməddin Muradlı vurğulayıb.
Ekspertin sözlərinə görə, ölkəmizdə alıcılar daha çox Almaniya istehsalı " Mercedes" markalı avtomobillərə üstünlük verirlər. 2-ci yerdə isə Yaponiya istehsalı, "Toyota" avtomobilləri gəlir. Ümumiyyətlə, alıcılar mühərrik həcmi kiçik maşınlara üstünlük verir. Çox təəssüf ki, başqa ölkələrin imtina etdiyi dizel mühərrikli avtomobillər bizdə daha çox satılır.
Ekspert Elməddin Muradlı yayda maşınların qiymətində ucuzlaşma gözlənilmədiyini bildirib.
"Ucuzlaşma adətən payızın sonu, qış aylarında olur. Bu da cüzi baş verir. Bazardakı alverçilər il ərzində qiymətləri elə tənzimliyirlər ki, ilin yükununda baxanda görürük ki, heç bir ucuzlaşma olmayıb. Əksinə 500-1000 manat artım var"-deyə ekspert əlavə edib.


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Смотрите также

Ucuz qiymətə maşın satan fırıldaqçıların səs yazısı yayıldı: Beh alıb aradan çıxırlar

Ucuz qiymətə maşın satan fırıldaqçıların səs yazısı yayıldı: Beh alıb aradan çıxırlar

Ziya Bünyadov prospektində yol qəzası - FOTO

Ziya Bünyadov prospektində yol qəzası - FOTO

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

Hibrid texnologiyası necə işləyir?

Hibrid texnologiyası necə işləyir?

İranda 3 min "Peugeot 301" istehsal olunacaq

İranda 3 min "Peugeot 301" istehsal olunacaq

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

Avtomobil istehsalı rekord dərəcədə azalıb

Avtomobil istehsalı rekord dərəcədə azalıb

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Sürücülərə tövsiyə: qış təkərlərini yayda istifadə etməyin!

Sürücülərə tövsiyə: qış təkərlərini yayda istifadə etməyin!

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

Taksidə yeni qadağa: Qanun var, qalır tətbiq olunması

Taksidə yeni qadağa: Qanun var, qalır tətbiq olunması

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?

Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Rusiyanın QAZ şirkəti defoltla üzləşə bilər

Rusiyanın QAZ şirkəti defoltla üzləşə bilər

Bəzi avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmır? - VİDEO

Bəzi avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmır? - VİDEO

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

Ramazan ayının başlanma tarixi açıqlandı

Ramazan ayının başlanma tarixi açıqlandı

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN

Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

"Audi", “Cadillac" və köhnə maşın bazarının sahibi olan iş adamı öldü?

"Audi", “Cadillac" və köhnə maşın bazarının sahibi olan iş adamı öldü?

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

Pulsuz avtobus xətti açıldı - Azərbaycanda YENİLİK

Pulsuz avtobus xətti açıldı - Azərbaycanda YENİLİK

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

İspanlar ekstremal superkar hazırlayıblar

İspanlar ekstremal superkar hazırlayıblar

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Neftçalada istehsal olunan “Peugeot”: İNANILMAZ qiymət

Neftçalada istehsal olunan “Peugeot”: İNANILMAZ qiymət

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Range Rover LRX – artıq payızda

Range Rover LRX – artıq payızda

Добавить комментарий