На главную страницу
» » Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib – FOTO

Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib – FOTO



Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib. Bu avtomobillərin hamısının olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.
Yürüşə gələn tamaşaçılardan Dadaş Ağalarov doğma Bakıda belə tədbirlərin keçirilməsindən məmnun qaldığını bildirib. “Yürüşə kiçik oğlumla gəlmişəm. Oğlum da, mən də avtomobilləri, xüsusilə də retro avtomobilləri çox sevirik. Bu maraqlı tədbirdə ilk dəfədir ki, iştirak edirəm. Çox xoşuma gəldi və sərgi də yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, retro avtomobillər hər kəsin maraq dairəsindədir. Bu avtomobillər insanda nostalji hisslər yaradır. Belə tədbirlərin təşkili avtomobil həvəskarlarının bir yerə toplaşaraq fikir mübadiləsi aparmaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün çox əhəmiyyətlidir”, - deyə D.Ağalarov söyləyib.
İştirakçı Rauf Əzizov deyib: “Retro maşınlara 15 ildən çoxdur ki, həvəs göstərirəm. Bu həvəs məndə artıq bir hobbiyə çevrilib. Sərgiyə özümün yığdığım iki maşınla - “Zaporejts” və “Moskviç”lə gəlmişəm. Hazırda Volqa “Qaz-21” avtomobilinin üzərində işləyirəm. Sərgidə nümayiş olunan “Zaporejts” 1965-ci ilin istehsalıdır. “Moskviç” 427 furqon isə bağ həvəskarlarının ən çox sevdiyi maşın idi. Retro avtomobillərin sərgisi və yürüşünün təşkilinin gənclərimizin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilməsində böyük rolu var”.
Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var
Yürüş iştirakçısı Vaqif Quliyev tədbirə 1958-ci il istehsalı olan “Zapojets” markalı maşınla qatılıb. “Həmişə Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi tədbirlərdə fəal iştirak edirəm. Bu tədbiri alqışlayıram. Klassik avtomobillərin sərgisi və yürüşü zamanı retro avtomobil sahibləri bir araya gəlir, fikir mübadiləsi aparırlar. Avtomobilimdən ancaq belə sərgi və yürüşlərdə istifadə edirəm. Hazırda dostumun xahişi ilə “Moskviç-403” modeli üzərində işləyirəm. Bir sözlə, retro avtomobillər mənim hobbimdir”, - Vaqif Quliyev belə deyib.
Klassik avtomobil sahibi olan Zaqatala rayon sakini Azər İmamov 1958-ci il istehsalı olan və babasından ona yadigar qalan “SMZ S-3A” markalı avtomobili üç ilə yığdığını və tədbirə bu avtomobillə qatıldığını bildirib. O qeyd edib ki, avtomobilin detallarını Rusiya, Gürcüstan və başqa ölkələrdən əldə edib. “Tədbir möhtəşəmdir və insanlar böyük həvəslə buraya maşınlara baxmağa gəlirlər”, - deyə A.İmamov qeyd edib.
Sərgi gənclər üçün də maraqlıdır
“Moskviç” klubunun rəhbəri Əlirza Əliyev avtomobillərin yürüşü və sərgisinin böyük bayrama çevrildiyini deyib. “İnsanlar böyük maraqla avtomobillərə yaxınlaşıb tarixi ilə maraqlanırlar. Düşünürəm ki, bu tədbir yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər üçün də çox maraqlıdır. Gənclər bu tədbirə böyük həvəslə qatılırlar. Klubumuz bu yaxınlarda fəaliyyətə başlayıb. Gələcəkdə sərgiyə daha çox avtomobillə qatılmağı planlaşdırırıq”.
Bu tədbirə şəhər sakinləri ilə yanaşı, paytaxtımıza gələn turistlərin də marağı böyük idi. Klassik avtomobillərin yürüşü və sərgisi şəhərimizin qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Moskvadan gəlmiş Nikolay Timofeyev sərgidə sovet istehsalı olan çoxsaylı retro avtomobillərin olmasından məmnun olduğunu bildirib: “Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir”.
Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən onları görməyən gənclərdə daha çox maraq doğurur.
Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.
Yürüş-sərgidə “Ford Model A” (1930), “Fiat Balilla” (1933), “Mercedes Benz 220 B Cabrio” (1952), “Chevrolet Corvette” (1960), “Cadillac Eldorado” (1974), “VAZ 21011” – milis (1973), “Qaz 13”- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.
Bakı sakinləri və qonaqlar nadir avtomobil modellərini maraqla izləyiblər.
Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Klassik avtomobillər və ötən illərin libasları modern Bakıda nostalji ovqat yaradıb.скачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Diger xeberler

Maşın bazarında bahalaşma var - VİDEO

Maşın bazarında bahalaşma var - VİDEO

Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?

Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?

Mansory-dən Ferrari 812 Superfast Stallone

Mansory-dən Ferrari 812 Superfast Stallone

Ucuz qiymətə maşın satan fırıldaqçıların səs yazısı yayıldı: Beh alıb aradan çıxırlar

Ucuz qiymətə maşın satan fırıldaqçıların səs yazısı yayıldı: Beh alıb aradan çıxırlar

Nadir Ferrari 8 milyona satıla bilər - FOTO

Nadir Ferrari 8 milyona satıla bilər - FOTO

Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO

Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

“Renault” avtomobil şirkəti FKA ilə birləşməkdə maraqlıdır

“Renault” avtomobil şirkəti FKA ilə birləşməkdə maraqlıdır

"Ford" cərimələnib

"Ford" cərimələnib

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

"Porsche" şirkəti "Panamera" modelindən 42 min avtomobili geri çağırır

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

Büdcə təşkilatı avtomobil alır

Büdcə təşkilatı avtomobil alır

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

İcra Hakimiyyəti "Nissan" avtomobilləri alır

İcra Hakimiyyəti "Nissan" avtomobilləri alır

BNA Bakıda keçiriləcək növbəti yarışlara hazırlaşır

BNA Bakıda keçiriləcək növbəti yarışlara hazırlaşır

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Formula 1”i işıqlandırmaq üçün 90 KİV nümayəndəsi akkreditasiyadan keçib

“Formula 1”i işıqlandırmaq üçün 90 KİV nümayəndəsi akkreditasiyadan keçib

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

Bakıda tıxac və sıxlığın azaldılmasına yönələn daha bir addım atıldı - FOTO

Bakıda tıxac və sıxlığın azaldılmasına yönələn daha bir addım atıldı - FOTO

Bakıda yol tikintisi üçün 3 milyon manat ayrılıb

Bakıda yol tikintisi üçün 3 milyon manat ayrılıb

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR

Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR

"Acura" 360 min "MDX" markalı avtomobilini geri çağırır

"Acura" 360 min "MDX" markalı avtomobilini geri çağırır

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Jeep-i təhlükəsizliyinə görə mükafatlandırdılar

Jeep-i təhlükəsizliyinə görə mükafatlandırdılar

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Добавить комментарий