Anket
Sığortanın hansı yaxşıdır?

22 Ağu 10:06Avtobazar

“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 5 dəfəyədək artıb


“Gəncə Avtomobil Zavodu” İB-nin 2019-cu ili 4 mln 993,4 min manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az İB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,8 dəfə çoxdur.
Ötən il “Gəncə Avtomobil Zavodu”nun vergiyəqədərki mənfəəti 6 mln 241,7 min manat (əvvəlki ilə nisbətən 4,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 mln 248,3 min manat (4,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Avtomobil Zavodu”nun aktivləri 79,3 milyon manat olub ki, bu da illik müqayisədə 35,7% çoxdur. Bunun 24,3 milyon manatı torpaq, tikili və avadanlıqlar (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), 43 mln manatı isə ehtiyyatlar (təxminən 4,1 dəfə çox) təşkil edib.
Hesabat dövründə “Gəncə Avtomobil Zavodu”nun öhdəlikləri 5,7% artaraq 56,6 milyon manata, balans kapitalı isə 4,6 dəfə artaraq 22,7 milyon manata çatıb.
Xatırladaq ki, 1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.



Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: