Tövsiye olunur
Qayda pozmayan sürücüyə yol polisi cərimə yazdı - FOTO
16.03
Avtomobillərdə rəngli plyonkalarla bağlı QADAĞA
23.02
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə BAŞLANILDI
22.02
Bakıda avtobusun piyadanı vurması ilə bağlı RƏSMİ AÇIQLAMA
18.02
Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA
18.02
Ötən gün Biləsuvarda piyadanı vurub qaçan avtomobil tapılıb
14.02
Arşiv
Anket
Sığortanın hansı yaxşıdır?
“Suzuki” şirkəti Myanmada zavodlarının işini dayandırdı

Yaponiyanın “Suzuki” avtomobil konserni bazar ertəsi hərbi çevrilişin baş verdiyi Myanmada özünün iki zavodunun işini dayandırıb.
Carlife.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.Qeyd edilir ki, müvafiq qərar müəssisələrin işçilərinin təhlükəsizliyi üçün narahatlığa görə qəbul edilib. Zavodların işinin bərpa olunması haqqında qərar ölkədə vəziyyətin sonrakı inkişafına əsaslanaraq qəbul ediləcək.
Qeyd edək ki, fevralın 1-də Myanma hərbçiləri noyabrda keçirilmiş seçkilərdə genişmiqyaslı saxtakarlıqları əsas gətirərək fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu və ölkə rəhbərliyinin dəyişildiyini elan ediblər. Çevriliş zamanı 30 nəfər saxlanılıb. Saxlanılanlar arasında Myanma prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji də var. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan ediblər.
Ölkədə hakimiyyət Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçib. Bununla yanaşı, vitse-prezident Myint Şve müvəqqəti prezident təyin olunub.
Yorum ekle
Qəzalar
Qobustanda "Niva" 20 metr hündürlükdən dərəyə aşdı, 3 nəfər yaralandı 17:45Abşeronda zəncirvari qəza: Üç maşın toqquşdu, bir nəfər ağır xəsarət aldı – FOTO 17:42Yük maşın avtobusla toqquşdu; 2 ölü, 16 yaralı 17:40Bakıda avtobus ağır qəza törətdi - ÖLƏN VAR 13:09Motosiklet avtomobilə çırpıldı - ÖLƏN VAR 13:08Bakıda eyni vaxtda bir neçə qəza baş verib - VİDEO 16:00
Reklam alanı
Kullanıcı Girişi