Anket
Sığortanın hansı yaxşıdır?

22 Ağu 14:59Avtodünya

İspanlar ekstremal superkar hazırlayıblar

İspanlar ekstremal superkar hazırlayıblar
Bir il əvvəl Monte-Karloda Top Marques-də istehsal öncəsi olan, əsasən müxtəlif Avropa yarış seriyaları üçün superkarlar hazırlayan firma kimi tanınan GTA firması tərəfindən hazırlanan İspan superkarı, GTA Spano göstərilmişdi. İndi GTA Spano nüsxəli istehsala başladı və bu avtomobili düzəldənlərin dediyi kimi onlar ən sürətli və bahalı ispan superkarını istehsal etməyi bacarıblar. GTA Spano həqiqətən digər ispan yol raketi – unikal sportkar Tramontana-nı geridə qoyaraq çox sürətli və bahalı maşın olaraq ərsəyə gəlmişdir.

Yarış avtomobilləri ilə 15 illik təcrübə ispanlara havayı başa gəlməyib. GTA-nın mühəndisləri ümumi yollarda istifadəsi nəzərdə tutulan əsl yarış sportprototipi düzəltməyə nail olublar. Karbon, kevlar və titandan çox istifadə edilməsinin nəticəsində çəkisi 1350 kq-dan çox olmayan avtomobil ərsəyə gəldi ( Buna baxmayaraq monokok 56 kq-dır.). Arxa oxun önündə Dodge Viper-dan borc alınmış 8.3 litr həcmli, 10 silindirli, kompressorlu, 780 a.g.-də(980 Nm fırlanma tezliyi) mühərrik yerləşdirilib. Mühərrik benzinlə işlədiyi kimi bioetanolla da işləyə bilər. Bu halda onun gücü 840 a.g.-ə qədər artacaq. Mühərriklə altı pilləli mexaniki sürət qutusu məcmulaşdırılıb. Dinamiki xüsusiyyətlərinə görə məşhur İtalyan, Alman və Britaniya superkarları bu avtomobili qısqana bilərlər – GTA spano 0-100 km/ saat sürətinə 2.9 saniyəyə çatır və maksimal sürəti 350 km/ saatdır. Əlbəttə ki, Bugatti Veyron-nun göstəricilərinə çatmasına çox var, amma, onu da qeyd edək ki, GTA Spano franzıs hiperkarından 2 dəfə ucuz – 600 000 avrodur.
İspan superkarının başqa özəlliklərinə, 80 mm-ə qədər  yol tutumunu artıran aktiv asma, hərəkət edən, sadəcə bütün texniki parametrlərin daxil olduğu yox, arxa görünüşü kamera ilə göstərən  multimediya sistemli LCD display, şüşə dam və iki hissədən ibarət baqaj bölməsi daxildir. Birinci hissə 100 litr həcmlə avtomobilin önündə yerləşdirilib, ikinci hissə isə arxada, 200 litr həcmlə mühərrikin arxasında yerləşdirilib. GTA Spano üçün orijinal olaraq yüngüllehimli disklər hazırlanıb. Şin kimi isə aşağı profilli, Pirelli şinləri - 255/ 35/ R19 ön və 355/ 30/ R20 arxa şinləri istifadə olunub. Əsl sportkara məxsus olaraq əyləc sistemi karbon-keramikadan olan AP racing firmasındandır.

Cəmi 99 GTA Spano nümunəsi istehsal olunacaq və birinci avtomobil artıq alıcısını tapıb – bu Çin vətəndaşıdır. İspan superkarının rəsmi olaraq göndəriləcəyi ölkələr sırasında Çin, ABŞ, Almaniya, İtaliya, BƏƏ və Yeni Zellandiya ilə yanaşı, Russiya da var. Belə ki, GTA Spano almaq istəyənlər səbrli (il ərzində 30-40 maşından çox istehsal olunmayacaq) və göstərilən məbləğə sahib olmalıdırlar. Həqiqətdir ki, bu avtomobil Russiyada Avropaya nisbətən baha olacaq. İstisna deyil ki, bütün dövlət rüsumları, ticarət qiymətləndirmələri və sığorta qiyməti ilə birlikdə Russiyada 1 milyon dollara olacaq.
Mənbə: auto.mail.ru
Tərcümə: AUTO.AZ


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: