Anket
Sığortanın hansı yaxşıdır?

22 Ağu 15:03Foto Xəbərlər

Renault Vel Satis-in davamçısını göstərdi

Renault Vel Satis-in davamçısını göstərdi
Yaxın bir neçə ildə kompaniyanın flaqmanı olacaq yeni Renault-un böyük sedanının şəkilləri internetdə çıxıb. Bu avtomobil Vel Satis modelinin yerinə gəlir, Latitude adlanacaq. Onun əsasında Samsung SM5 də görünəcək (xatırladaq ki, Samsung avtomobil vahidi Renault konserninə məxsusdu).

Yeni sedan Vel Satis-dən daha sakit görünür. Renault-un rəhbərliyi ümid edir ki, Latitude-nin konservativ dizaynı, Audi A6, BMW 5-ci seriya və ya Mercedes Benz E-klass kimi modelləri seçən müştərilərin diqqətini cəlb edəcək. Renault Latitude-nin dəyərli qiymətlilikləri olacaq. Tənzimlənə bilən amartizatorlu asma, V6 tipli, 235 a.g.-də dizel mühərriki, üç zonalı klimat-kontrol sistemi, masajlı oturacaqlar həqiqətən də rahatdı. Bir sözlə avadanlıq çox layiqli olacaq.
Latutide alman avtomobilləri ilə müqayisədə hiss olunacaq dərəcədə ucuz olacaq, amma, qiymət faktoru, yeni, böyük fransıza uğur təminatı vermir.
Mənbə: auto.mail.ru
Tərcümə: AUTO.AZ


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: