На главную страницу
» » Taksidə yeni qadağa: Qanun var, qalır tətbiq olunması

Taksidə yeni qadağa: Qanun var, qalır tətbiq olunması


Elməddin Muradlı: “Taksidə siqaret çəkənləri müəyyən etmək asan olmayacaq və bu da sürücülərlə yol polisləri arasında münaqişəyə gətirib çıxaracaq”

Milli Məclis ictimai nəqliyyatda siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutulan qanun layihəsi qəbul edib. Layihəyə əsasən, taksi sürücüsü və sərnişin avtomobildə siqaret çəkərsə, 40 manatdan 50 manatadək cərimə ödəməli olacaq. Maraqlıdır, bu cərimələr necə tətbiq olunacaq? Yəni,  Dövlət Yol Polisinin (DYP) əməkdaşı sürücüyə və sərnişinə avtomobilin içində siqaret çəkdiyini necə sübut edəcək? Həmçinin cərimələnmə hansı formada həyata keçiriləcək?
Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-ın əməkdaşı yeni qanun layihəsi ilə bağlı əhalini düşündürən bu və ya digər suallara ekspertlərlə cavab tapmağa çalışıb.
Yol-nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, DYP işçiləri üçün taksidə siqaret çəkən sürücünü müəyyən etmək sürücüyə nisbətən bir qədər asan olacaq: “Amma arxada əyləşən sərnişin avtomobildən görünməyəcək. Dövlət Yol Polisi əməkdaşı avtomobili saxlayıb yaxınlaşana kimi sərnişin siqareti külqabıya atacaq. Və ya sürücü də eyni vəziyyətdə, avtomobili saxlayana kimi siqareti külqabıya atacaq”.
E.Muradlı düşünür ki, ümumilikdə taksidə siqaret çəkənləri müəyyən etmək asan olmayacaq və bu da sürücülərlə yol polisləri arasında münaqişəyə gətirib çıxaracaq.
O, siqaret çəkən avtobus sürücülərinin müəyyən edilməsi və cərimələnməsi ilə bağlı yaşanan problemləri də xatırladıb: “Avtobuslarda siqaret çəkən sürücüləri Bakı Nəqliyyat Agentliyinin işçiləri də, yol polisinin əməkdaşları da cərimələyir. Problem odur ki, sürücü avtobusda siqaret çəkəndə sərnişinlər narazılıq edir. Amma yol polisi əməkdaşı avtobusu saxlayıb sürücüyə avtobusda siqaret çəkdiyi üçün cərimə yazmaq istəyəndə sərnişinlər etiraz edirlər ki, “niyə avtobusu saxlamısan, biz gecikirik”.
Ekspertin qənaətincə, belə problemlərin olmaması üçün  avtobuslarda və taksilərdə kameralar quraşdırılmalıdır: “Və məhz o kameralar vasitəsi ilə cərimələr tətbiq edilməlidir. Əks halda problemlər hələ də qalmaqda davam edəcək”.
Nəqliyyat eksperti Azər Allahverənov isə düşünür ki, bu qanun kağız üzərində qalmayacaq: “Cərimələr tətbiq olunacaq. Necə ki, sürücülər kəmər taxmadıqları, sükan arxasında telefonla danışdıqları üçün cərimə olunurlar, artıq siqaret çəkəndə də cərimə olunacaqlar. Bu qanun lazım idi. Mən belə halların tez-tez şahidi oluram. Hətta əlini avtomobilin yan pəncərəsindən çıxarıb siqareti saxlayırlar. Bu zaman da bir əllə avtomobili idarə edirlər. Bu da çox təhlükəlidir”.
A.Allahverənov düşünür ki, Yol Patrul Xidmətinin əməkdaşları çox rahatlıqla belə halları aşkarlayıb, cərimə tətbiq edəcəklər.
“Eyni zamanda avtomobildən kimsə, istər sürücü, istərsə də sərnişinlər avtomobilin yan pəncərələrindən çölə zibil atarsa, onlar da cərimələnirlər. Vətəndaşlar qayda pozduqları üçün 30-50 manat arası cərimə olunur” – o vurğulayıb.
Qeyd edək ki, yeni qanuna qədər ölkəmizdə avtobus, metro, təyyarə, qatar kimi ictimai nəqliyyatdan istifadə zamanı siqaret çəkmək qadağan idi. Yeni dəyişikliklə taksi də nəqliyyat vasitəsi kimi onların sırasına daxil oldu. Azərbaycanda ilk dəfədir ki, taksidə siqaret çəkmək qadağası qoyulur.скачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Diger xeberler

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

98 yanacaqla işləyən motora 95 töksək nə olar?

98 yanacaqla işləyən motora 95 töksək nə olar?

“Renault” avtomobil şirkəti FKA ilə birləşməkdə maraqlıdır

“Renault” avtomobil şirkəti FKA ilə birləşməkdə maraqlıdır

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücü cərimələnəcək

Avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücü cərimələnəcək

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO

Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

BNA Bakıda keçiriləcək növbəti yarışlara hazırlaşır

BNA Bakıda keçiriləcək növbəti yarışlara hazırlaşır

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Azərbaycana avtomobil gətirilməsi ilə bağlı - MÜHÜM YENİLİK - Cərimə olacaq

Azərbaycana avtomobil gətirilməsi ilə bağlı - MÜHÜM YENİLİK - Cərimə olacaq

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

Aytac Vahabovanın 18 yaşlı qardaşı avtomobil qəzasında ölüb

Aytac Vahabovanın 18 yaşlı qardaşı avtomobil qəzasında ölüb

Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN

Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

Prezident taksi xidməti ilə bağlı fərmanı imzaladı - 50 manat cərimə

Prezident taksi xidməti ilə bağlı fərmanı imzaladı - 50 manat cərimə

"BMW" bir milyard avro cərimə oluna bilər

"BMW" bir milyard avro cərimə oluna bilər

Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

Bu şirkətlərdə sığortalanan sürücülərə bəd xəbər - AtaSığorta”, “Atəşgah”...

Bu şirkətlərdə sığortalanan sürücülərə bəd xəbər - AtaSığorta”, “Atəşgah”...

Taksi sürücüləri kütləvi aksiya keçirirlər

Taksi sürücüləri kütləvi aksiya keçirirlər

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Mini yeddiyerli olacaq

Mini yeddiyerli olacaq

Renault Vel Satis-in davamçısını göstərdi

Renault Vel Satis-in davamçısını göstərdi

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? - VİDEO

İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? - VİDEO

Aston Martin-dən inciklik

Aston Martin-dən inciklik

Добавить комментарий