На главную страницу
» » Bu istiqamətlərdə avtobusların sayı artırılacaq

Bu istiqamətlərdə avtobusların sayı artırılacaq

Yeni tədris ili ilə əlaqədar
Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır. Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub.
 
Namiqскачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий