На главную страницу
» » 103 xəstənin olduğu xəstəxana yandı: 11 ölü

103 xəstənin olduğu xəstəxana yandı: 11 ölü

Yanğın elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verib
Braziliyada xəstəxanada baş verən yanğın nəticəsində azı 11 nəfər həlak olub. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident Rio-de-Janeyro şəhərində yerləşən dövlət xəstəxanalarının birində qeydə alınıb. Bu barədə “Qlobu” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verib.
Yanğın zamanı binada 103 xəstə və azı 220 xəstəxana əməkdaşı olub. Yaralılar binadan xərəklərlə küçəyə evakuasiya ediliblər. 
Onlara ilkin tibbi yardım göstərildikdən sonra şəhərin digər xəstəxanalarına köçürülüblər.
 
Namiq Musayevскачать dle 12.1


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Добавить комментарий