На главную страницу
» » Hibrid texnologiyası necə işləyir?

Hibrid texnologiyası necə işləyir?

Bu günki mövzumuz Hibrid avtomobillərdir. Hibrid, həyatımızın hər tərəfində tez-tez rast gəlinən bir anlayışdır. Mənası isə Mələz, yəni qatışıq deməkdir. Yəni hansısa avtomobilin 1-dən çox güc mənbəyi varsa buna Hibrid avtomobil demək olar. 

Bu sistem ilk olaraq 1902-ci ildə Ferdinand Porsche tərəfindən təkmilləşdirilsə də Hibrid avtomobillər üçün seriya istehsalı ilk dəfə həyata keçirən marka Toyota oldu. 1997-ci ildə Toyota Prius modelində seriya istehsalına başlayan Toyota həmin ildən bu günə qədər 9 milyondan çox Hibrid avtomobil satmağı bacardı. Keçək sistemin əsas prinsipinə.

Hibrid sistemlər qoşulma növünə görə standart və ayrılmış ox sistemi kimi 2 yerə bölünür. Standart sistemdə elektrik motorun çıxışı birbaşa təkərlərə qoşulu olmur. Transmissiyaya və ya orta milə qoşulu olur və məqsədi benzin motora dəstək olmaqdır. Bmw-nin aktiv hibrid sistemi, Hondanın bir çox modeli, Ferrari La Ferrari kimi modellər bu standart sistemlə işləyir. Bu sistemdə gücü o qədər də çox olmayan 20-30 at güclük batareyalar istifadə olunur və bu elektrik motor çevirici sistem ilə motor və batareya arasındakı əlaqəni tənzimləyərək enerjini kinetik enerjiyə çevirir və batareyaları yenidən doldurmağa başlayır. Batareyalar avtomobilin altında yerləşdirilir ki, avtomobilin ağırlıq mərkəzi mümkün qədər aşağı düşsün. Sport model olan La Ferraridə elektrik motor 161 at gücündədir və burada əsas məqsəd yanacağa qənaət yox, sürətlənmələrə cəldlik vermək üçündür. Yəni Ferrarinin benzin motoru güc əldə edib sürətlənənə qədər vaxt itirdiyi üçün bu itkini gecikməsiz işləyən elektrik motor bərpa edir. Standart sistemdən fərqli olan ayrılmış ox sistemli Hibrid motordan Bmw İ8 istifadə edir. Yəni ön təkərlərin sürətlənməsinə elektrik, arxa təkərlərin sürətlənməsinə isə benzin motor güc verir. Yəni siz istəsəniz avtomobili sadəcə ön çəkən ya arxa ötürücülü və ya 4x4 kimi istifadə edə bilərsiniz. Arxa ötürücü rejimi seçdiyinizdə batareyalar avtomatik olaraq enerji doldurma rejiminə keçir. Hibridin digər növü olan Plug-İn Hibrid də İ8 də mövcuddur. Plug-İn Hibridin sadə Hibriddən fərqi evdə cərəyan mənbəyinə taxaraq batareyaları enerji ilə doldura bilmək özəlliyidir. Yəni Plug-İn Hibrid avtomobiliniz varsa evdə Telefon enerji dolduran kimi Avtomobilinizi də enerji ilə doldura biləcəksiniz. Hondanın NSX modelində isə daha təkmil Hibrid sistemi var. Yəni həm İ8 kimi ekonomik, həm də La Ferrari kimi sürətli ola bilir. Çünki 4 ədəd motoru var və bu motorlardan 3-ü elektrik, 1-i benzindir. Elektrik motorun 2-si öndə yerləşərkən digər 3-cü elektrik motor arxada yerləşərək benzin mühərrikə standart tipli qoşularaq kömək edir.

Hibrid avtomobillər iki motorlu olur. Biri benzin, digəri elektrik. Birlikdə işləyərək lazım olan gücü təmin edir və yüksək dövr reaksiyası verə bilirlər.


“Hybrid Synergy Drive” sistemi həm benzin, həm də elektrik motor arasındakı əlaqəni tamamilə avtomatik olaraq özü idarə edir. Ona görə də hibrid avtomobillərin istifadəsi çox asandır. Avtomobillər standart olaraq avtomatik transmissiya olduğu üçün sürüş rahatlığı verir. Digər ümumi motorlu avtomobillərə nisbətən çox daha səssiz və titrəşimsiz sürüş təmin edir.

Hibrid avtomobillərin iş prinsipi belədir. Avtomobil yanacağı ən çox sıfırdan sürətlənən zaman içir. Şəhər daxilində də hər dəfə işıqforda dayan, sür etdikcə yanacaq sərfiyyatı artır. Loru dildə desək avtomobil yanacağı 0-60 km/s aralığında çox içir. Bunun qarşısını almaq üçün avtomobil ehtiyac duyulan zaman elektrik motoru da sistemə qoşur və həm performans, həm də yanacaq sərfiyyatında böyük üstünlük verir. Avtomobil bundan daha çox hərəkətə keçən vaxt və ya aşağı sürətdə sürətlənən zaman istifadə edir. Normal sürətə çatdığınız zaman benzin motor da artıq sistemə qoşulur. Həmçinin transmissiya pillə dəyişərkən güc itirir və bu itgini siz hiss etməyin deyə elektrik motor həmin an güc verir. Avtomobilə lazım olan güc batareyadan təmin edildiyi üçün böyük motora ehtiyac qalmır, yəni çəkisi azalaraq yanacağa qənaət edə bilir.

Elektrik motor ilə irəlilədikdə qaz pedalına basdığınız zaman avtomobilin pedala çox güclü reaksiya verdiyini özünüz də hiss edəcəksiniz. Əgər daha çox performansa ehtiyacınız varsa qaz pedalına sonuna qədər yükləndiyiniz zaman benzinli motor da sistemə qoşularaq performansı maksimuma gətirib çıxardır. Ancaq sabit sürətlə irəlilədiyiniz zaman elektrik və benzin motor ən optimal səviyyədə yanacaq ekonomiyası əldə etmək üçün bir-biri ilə taraz halda işləyir. 

Bəs bu batareyalar nə zaman enerji ilə dolmağa başlayır? Ayağınızı qazdan çəkdiyiniz zaman və ya əyləcə basdığınızda hibrid batareyalar enerji ilə dolmağa başlayır. Beləliklə əyləc enerjisi boşa getmir və kinetik enerji batareyaya qayıtmış olur. Avtomobil tam dayandığı zaman elektrik və benzin motor da avtomatik olaraq dayanır. Beləliklə tıxaclarda və işıqforda dayandığınız zaman yanacaq sərfiyyatı etmiş olursunuz. 

Sürətlənən zaman hibrid sistemin vəziyyətini göstərən ekranda çubuğu ECO indiqatorunun içində tutmağa çalışın. Bu sayədə elektrik motoru tərəfindən əlavə güc alacaqsınız. Yəni getdiyiniz yolun 50%-ə yaxınını elektrik motoru ilə gedəcəksiniz. 4x4 Toyota modellərində 1 benzin və 2 elektrik motor var. Hal-hazırda dünyada 12 milyondan çox Toyota və Lexus Hibrid avtomobili istifadə olunur. Toyota keyfiyyəti və dözümlülüyü ilə 20 ildən çoxdur ki, Hibrid texnologiyasında aparıcı firmadır. Hibrid avtomobillərin illik xərcləri bənzər gücdəki dizel və ya benzinli normal motorlar ilə eyni səviyyədədir. Hətta bir çox ehtiyyat hissəsi daha uzun ömürlüdür.

Hər kəsi maraqlandıran 1 sual var. Bu batareyaların ömrü nə qədərdir? Hibrid batareyalara şirkət 5 il və ya 100.000 km qarantiya versə də bu ömrü düzgün və vaxtında “Hibrid Sistem Kontrolu” baxımı ilə 10 il müddətinə artırmaq mümkündür. 


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Смотрите также

Nadir Ferrari 8 milyona satıla bilər - FOTO

Nadir Ferrari 8 milyona satıla bilər - FOTO

98 yanacaqla işləyən motora 95 töksək nə olar?

98 yanacaqla işləyən motora 95 töksək nə olar?

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı – FOTO

80 yaşlı “Porsche” 20 milyon dollara satışa çıxarıldı – FOTO

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Bakıda BMW-nin iki super modelinin təqdimatı keçirildi - X7 VƏ BMW 7 - FOTO

Bakıda BMW-nin iki super modelinin təqdimatı keçirildi - X7 VƏ BMW 7 - FOTO

"Lexus"dan Çin üçün dəbdəbəli miniven

"Lexus"dan Çin üçün dəbdəbəli miniven

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

Bu avtomobil nəhəngi daha bir zavodunu bağlayır

Bu avtomobil nəhəngi daha bir zavodunu bağlayır

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Yeni Ford Explorer

Yeni Ford Explorer

BMW yenilənmiş 7-Series təqdim etdi

BMW yenilənmiş 7-Series təqdim etdi

Polestar yeni model təqdim edib

Polestar yeni model təqdim edib

Land Rover-dən hibrid Range Rover Sport

Land Rover-dən hibrid Range Rover Sport

Tam yeni Peugeot 208

Tam yeni Peugeot 208

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Toyota-dan zavod tüninqi paketi

Toyota-dan zavod tüninqi paketi

Yeni Porsche 911

Yeni Porsche 911

Porsche Panamera Turbo-nu steroidlərlə işlədilər

Porsche Panamera Turbo-nu steroidlərlə işlədilər

Jeep Wrangler - kütləvi ağırı

Jeep Wrangler - kütləvi ağırı

Renault Vel Satis-in davamçısını göstərdi

Renault Vel Satis-in davamçısını göstərdi

Jeep-i təhlükəsizliyinə görə mükafatlandırdılar

Jeep-i təhlükəsizliyinə görə mükafatlandırdılar

Fiat 500 ətraf mühiti az çirkləndirməyi öyrədəcək

Fiat 500 ətraf mühiti az çirkləndirməyi öyrədəcək

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Lincoln 4 ilə 7 model buraxacaq

Lincoln 4 ilə 7 model buraxacaq

Daihatsu Materia Icecube от Inden Design

Daihatsu Materia Icecube от Inden Design

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

“Hibrid avtomobillər üçün gömrük rüsumları dəyişə bilər”

Novitec Rosso-dan Ferrari 612 Scaglietti

Novitec Rosso-dan Ferrari 612 Scaglietti

Porsche 911 GT2 RS premyerası

Porsche 911 GT2 RS premyerası

Добавить комментарий