Anket
Sığortanın hansı yaxşıdır?

21 Ağu 15:30Xeberler

SLS AMG Roadster - Çəsus şəkilləri


SLS AMG Roadster - Çəsus şəkilləri
Yaxın günlərdə Nordşlayfın dolaşıq döngələrində işlək hissələrinin sınağı edilən yeni üstüaçıq superkar, SLS AMG Roadster avtomobilinin növbəti casus şəkilləri peydah olub.

Avtomobil demək olar ki, praktiki olaraq hazırdır. Onun xarici görünüşü əvvəlki kimi maska altında gizlədilir. Əvvəl təklif olunduğu kimi, SLS AMG Roadster-də kupe versiyasında olduğu kimi yuxarı açılan “qağayı qanadları” qapılarının yerinə, adi qapılar təchiz olunacaq.
Rodsterin mühərriki kupe versiyada olduğu kimi 551 at gücündə və 650Nm fırlanma tezliyi olan, V8 tipli, 6.3 litr həcmli mühərrik olacaq. Bu, Mercedes SLS AMG Roadster-ə yerindən 100 km/saat sürətinə 4 saniyəyə və 309 km/saat maksimal sürətə çatma imkanı verəcək.
Mənbə: www.allcarz.ru 

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: