Anket
Sığortanın hansı yaxşıdır?

31 Oca 23:18XeberlerBaxış: 134 Carlife

Diqqət: Bu küçədə sürət nişanları yığışdırıldı- RADAR VAR

Bir müddət öncə paytaxtın Yusif Səfərov küçəsinə iki svetofor obyekti quraşdırıldı. Belə ki, Sabit Orucov və Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsinə svetofor quraşdırldıqdan sonra həmin küçədə sürət rejiminə də dəyişiklik edilib.
Carlife.az-ın əldə etdiyi məlumata görə Yusif Səfərov küçəsinin hər iki tərəfində 80 km/saat sürəti bildirən 3.24 nişanları yığışdırılıb. Hazırda həmin küçədə sürəti bildirən heç bir yol nişanı yoxdur.
Bu isə o deməkdir ki, qanunvericiliyin tələbinə görə yaşayış məntəqsində sürücülər 60 km/saat sürətlə hərəkət etməlidirlər. Yəni sürətin artırılması və ya azaldılması üçün əlavə 3.24 nişanı quraşdırılmayıbsa yaşayış məntəqəsində sürət həddi 60 km/saat olmalıdır.  Bunu nəzərə alaraq sürücülərin diqqətinə çatdırırıq ki, Yusif Səfərov küçəsində hərəkət sürətini 60 km/saatdan yuxarı seçməsinlər.
Əks halda sözügedən küçədə quraşdırılmış radarlar sürücülər barəsində elektron qərar tərtib edəcək. 

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: