Anket
Sığortanın hansı yaxşıdır?

22 Ağu 14:40XeberlerBaxış: 195 Carlife

Bütün gözəlliyi ilə SLS AMG GT3

Bütün gözəlliyi ilə SLS AMG GT3
Mercedes kompaniyası SLS AMG GT3-ün bütün gözəlliyini nümayiş etdirən 10 dəqiqəlik video rolik buraxıb.

Adi versiyasından fərqli olaraq GT3 təhlükəsizlik karkası və çox funksiyalı sükanı ilə fərqlənir. Avtomobilə AMG-dən sport əyləclər və 6 pilləli sürət qutusu qoyulub.
Xarici görünüşündə GT3 həcmli arxa antikrılosu, diffuzoru, karbondan olan splitterli, dəyişdirilmiş ön bamperi və kapotundakı əlavə hava yarıcıları ilə fərqlənir.
Mühərriki standart Mercedes SLS-in mühərriki ilə eyni, 6.3 litr həcmli, V8 tipli mühərrikdir. Buna baxmayaraq onun dəqiq effektliliyi açıqlanmır. Mercedes deyir ki, GT3 0-100 km/saat sürətinə 3.7 saniyəyə çatır (bu adi SLS-in göstəricisindən 0.2 saniyə tezdir). Onun maksimal sürəti 300 km/saatı keçir.
Sifarişlər bu ilin payızından qəbul olunacaq. Birinci çatdırılma isə 2011 yarış sezonunun əvvəlinə planlaşdırılır.
Mənbə: www.allcarz.ru
Tərcümə: AUTO.AZ


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: