Anket
Sığortanın hansı yaxşıdır?

22 Ağu 14:52XeberlerBaxış: 172 Carlife

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Audi Travolution proyektinin genişlənəcəyini elan edir
Almaniya kompaniyası Audi Travolution proyektinin genişləndiriləcəyini deyir. Sürücülərə işıqforun “yaşıl” işığından keçmək üçün onların hansı sürətlə getməli olduğunu bildirməsi məqsədi ilə avtomobil işıqforla informasiya mübadiləsinə girir.
Genişləndirilmiş proyektdə aralarındakı əlaqə UMTS-in protokoluna əsasən naqilsiz set vasitəsilə həyata keçirilən 15 avtomobil və 25 işıqfor iştirak edəcək. Yoxlanış testləri Almaniyanın Danyube şəhərinin küçələrində keçilirəcək.
İşıqforun qırmızı və ya sarı işığına yaxınlaşan zaman, səs siqnalı ilə sürücünü xəbərdar edəcək və işıqforun yaşıl işığından keçmək üçün lazımı sürəti ekranda göstərəcək. Əgər dayanmalı olsalar, sürücüyə ekranda icazə siqnalının verilməsinə qədər qalmış vaxtı göstərəcək.
Mütəxəssislər hesablayıblar ki, əgər Almaniyada bütün avtomobil və işıqforlar bu sistemlə təchiz olunsa, onda, ildə 50 000 litr yanacağa qənaət etmək və karbon qazı (CO2) tullantısının səviyyəsini 2 milyon ton azaltmaq mümkündür.
Bundan başqa, Travolution sistemi sürücünün avtomobildən çıxmadan benzin və dayanacaq üçün ödəniş etməsinə imkan verir. Əgər yanacaq doldurma məntəqəsi və ya avtodayanacaq sayğacı bu sistemlə təchiz olunubsa, o halda, ödəniş etmək üçün Audi avtomobillərinin təchiz olunduğu, ekrandakı MMI sisteminin göstərdiyi təlimatları izləməklə yerinə yetirmək olar.
Mənbə: www.allcarz.ru
Tərcümə: AUTO.AZ


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: