Anket
Sığortanın hansı yaxşıdır?

03 Eyl 22:27Xeberler

Mercedes-AMG bölməsi Panamera liftbekinin rekordunu qırmağa hazırlaşır - FOTO



Bildiyimiz kimi, yenilənmiş Porsche Panamera Turbo S liftbeki bu yaxınlarda Nürburqrinqdə Mercedes-AMG GT 63 S 4-Door Coupe modelinin rekordunu qırıb. Məlum məsələdir ki, bu hadisə Mercedes-AMG bölməsi tərəfindən heç də xoş qarşılanmayıb və Affalterbaxda revanşa hazırlaşırlar.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yenilənmiş Porsche Panamera modeli məşhur Nürburqrinqdə Executive Cars kateqoriyasından olan avtomobillər üçün yeni rekordu qeydə alıb və Şimal ilgəyinin ən sürətli avtomobili olub. Panamera modelinin qeydə aldığı nəticə 7 dəqiqə 29.81 saniyədir. Porsche şirkətinin test sürücüsü Lars Kern əvvəlki modeli 13 saniyəyə üstələyib və eyni zamanda, Mercedes-AMG GT 63 S. 4Matic 4-Door Coupe modelinin rekordunu yeniləyib. Xatırladaq ki, GT 63 S 4Matic + modelinin rekord göstəricisi 7 dəqiqə 30.11 saniyə idi
Artıq Mercedes-AMG bölməsi Facebook sosial şəbəkəsindəki hesabında dördqapılı GT 63 S 4Matic+ 4-Door Coupe modelinin Nürburqrinqə dönəcəyinə eyham vurub. Affalterbaxda GT 63 S modelinin öz sinifində ən yaxşı avtomobil olduğunu, həmçinin Panamera modelinin onu cəmi 0,3 saniyə üstələdiyini xatırladıb. "Görünür trekə qayıtmağın vaxtı gəlib", - Mercedes-AMG bölməsindən bildiriblər.
Böyük ehtimalla, Mercedes-AMG "intiqam" almaq üçün, ümumi hasilatı 800 at qüvvəsi olan hibrid güc qurğusu ilə təchiz edilmiş Mercedes-AMG GT 73e 4Matic+ 4-Door Coupe modelindən istifadə edəcəkdir.

I truly love your site.. Gгeat colors & theme. Dіd yoᥙ build this web site yоurself? Please reply Ƅack aѕ I'm hoping to create mʏ ѵery οwn blog and ѡant to learn whеre yоu got this fгom or what the theme іs named. Cheers! Ꮃould You Feel free to surf tο my blog: Slot Online

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: