Anket
Sığortanın hansı yaxşıdır?

19 Ağu 18:24Xeberler

ugatti 1200 a.g. əldə edəcək

Bugatti 1200 a.g. əldə edəcək


Bugattinin mühəndisləri Veyron superkarının yeni variantını yaratmağa başlayıblar. Nəzərə almaq lazımdır ki, yeni model 1001 a.g. yox, birdən birə 1200 a.g. malik olacaq. Bunu Vena texniki universitetində keçirilmiş mühazirədə Volkswagen-nin keçmiş sədri, indinin konsern muşahidə şurasının başçısı olan Ferdinand Pix bildirmişdir. Deyirlər ki, dünyanın ən bahalı avtomobili olan Bugatti Veyron-un yaradılmasının təşəbbüskarı, məhz Pix olmuşdur.


Lakin, hələ bilinmir 1200 at güclü aqreqatı hansı avtomobil əldə edəcək. Yeni mühərrik ya hal hazırkı Veyron nəsilinin kapotunun altına yerləşəcək, ya da indi üzərində işlər gedən yeni kupenin mühərrik yerinə yerləşdiriləcək.
İkinci variant doğruya daha çox bənzəyir, çünki kompaniya çoxdan bildirmişdi ki, cəmi 300 Veyron yığılacaq, həm də hamısı satılıb, ona görə mühəndislərə yeni modeli icad etmək çox vacibdir.
P.S. Yerigəlmişkən, Bugatti rəhbərliyi dünya bazarına 3 ildən sonra çıxacaq olan supersedana "yaşıl işıq" göstərməyə hazırdır. Bu avtomobil, Bugatti 16C Galibier adını alacaq. Ehtimal olunur ki, Bugatti cəmi 300 (bəlkə də 150) bu cür supersedan istehsal edəcək. Hər birinin qiyməti təxminən 1,5 mln avro olacaq. Avtomobil 1001 - 800 a.g. malik olan 8 litrli W-şəkilli 16 silindirli mühərriklə təchiz olunacaq.
Mənbəauto.mail.ru


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: