На главную страницу
» » Almaniyada qırmızıda keçən azərbaycanlı sürücünün başına -GÖRÜN NƏ GƏLDİ

Almaniyada qırmızıda keçən azərbaycanlı sürücünün başına -GÖRÜN NƏ GƏLDİ


Xaricdə qaydaları adama necə zorla qandırırlar və ya qırmızı işıqda maşını saxlamaq mütləq vacibdir?Almaniyada yaşamış azərbaycanlı başına gələn hadisəni danışıb. Avtosfer.az həmin yazını təqdim edir:
Almaniyada yaşadığım dövrlərdə dostlarla bir məclisdə idim. Çox səs-küylü, şən keçən məclisdən sonra öz avtomobilimdə evə qayıdırdım. Yolda qəza olduğunu gördüm, marağımı cəlb elədi, maşının sürətini azaltdım, qəzaya baxa-baxa yoluma davam etdim. Bir anlıq diqqətimi işıqfor cəlb etdi. Deyəsən, fikrim yayındığı vaxtda qırmızı işıqda keçmişdim. “Daha nə edəsən, olan olmuşdu” - deyə yola davam etdim. Gecə saat 2, şəhərkənarı kiçik rayonlardan biri, ətrafda da yol polisi yox, kimdir məni itirib-axtaran, böyük qəza törətməmişəm, piyada vurmamışam.
Hadisədən bir həftə keçsə də, heç bir xəbər yox idi. Tamam yadımdan çıxmışdı. Bir gün polis idarəsindən məktub aldım, departamentə çağırırdılar. Nə ola bilərdi ki? Uzağı söhbət edərlər, bəlli cərimə yazılar və məsələ bağlanar yəqin. Hər halda narahatlıq keçirməyə əsas yoxdur. Getdim. Məni bir otağa dəvət etdilər. Məmurla aramızda belə dialoq oldu:
- Bir məsələdə fikrinizi bilmək istəyirik. Sizə bir foto göstərəcyik. Bu maşın sizindirmi?
- Bəli.
- Keçən həftənin bu günü saat 02:01-də bu qovşaqda qırmızı işıqdan keçərkən kameralara düşmüsünüz. Zəhmət olmasa baxın, avtomobili idarə edən şəxsi tanıyırsınızmı?
Fotoya baxdım. Təbii ki,mənim fotom idi. Amma “yaxşı tanıya bilmədim”-dedim. Simam daha aydın görünən daha bir foto çıxardılar. Daha yalan danışmağa yer qalmamışdı. Bu mənim fotom idi.
“Bu sizin fotonuzdur. Xaricilərlə iş şöbəsindən almışıq. Bu avtomobildəki insanla bu fotodakının eyni olduğunu düşünmürsünüz?”-deyən polis məmuru azacıq fasilədən sonra əlavə etdi: “Cavab vermədən öncə vəkilinizlə görüşə bilərsiniz”.
Daha sonra “İstəyirsiniz sizə proseduru izah edim. Əgər “bu avtomobili idarə edən mən deyiləm” desəniz, sizi məhkəməyə verəcəyik. Məhkəmə mütəxəssislərə müraciət edəcək, əgər fotodakı şəxsin siz olduğunuz təsdiqlənərsə, sizə pul cəzası kəsiləcək. Bu cəza, əgər “avtomobili idarə edən mənəm” - deyə təsdiq edəcəyiniz halda kəsiləcək cərimədən bir neçə dəfə artıqdır. Bir də bəzi rəsmi məqamları təsdiqləmək üçün prosedur xərcləri ödəyəcəksiniz”- dedi.
Düşündüm. Vəkildən soruşulacaq bir şey yoxdur. “Verin, bir daha baxım fotoya” dedim, baxdım, etdiyim səhvin mənasızlığını bir daha xatırlayıb cavab verdim: “Bəli, fotodakı şəxs mənəm”.
“Doğru qərar verdiniz” –deyə məmur məmnunluğunu gizlətmədi.
Böyük miqdarda cərimə ödədim. Amma sürücülük vəsiqəmi vermədilər.
“Sürücülük vəsiqəmi nə vaxt ala bilərəm” –deyə soruşduğumda, “sizinlə əlaqə saxlanılacaq” cavabı aldım.
Aradan bir həftə keçdi. Evə bir xəstəxanadan dəvət gəldi. Mənim sağlamlığımla bağlı heç bir şikayətim yoxdur axı. Hansısa tibbi xidmətə də müraciət etməmişəm. Amma bura Almaniyadır. Dəvət edilən yerə getdim. Göz klinikası imiş. Məni qarşıladılar, ciddi göz yoxlamasından keçdim. İnanın, mənim yaşımın bu vaxtında belə gözlərimdən hər hansı şikayətim yoxdur və az qala iynəni birdəfəyə saplayacaq qədər görmə qabiliyyətim var. Amma “prosedur, prosedur” deyib durdular. Bütün müayinədən keçəndən sonra 5-6 nəfərlik professorlar qrupunun qabağına çıxardılar. Sanki Tibb Universitetində dövlət imtahanı verirdim. Yekunda qrupun rəhbəri müayinənin nəticələrini təkrar oxuyub, sual etdi: “Rəngləri seçməkdə probleminiz yoxdur, gözləriniz sağlamdır. Belədirsə, niyə qırmızı işıqda keçəsiniz ki?” Bu qədər sadə suala cavabım yox idi.
Bundan sonra sürücülük vəsiqəmi qaytaracaqlarını düşünürdüm. Amma vermədilər. Aradan 10 gün keçdi. Yenə xəstəxanaya dəvət aldım. Bu dəfə psixiatriya bölümündən çağırırdılar. Bəli, əcəb işə düşmüşdüm. Nə edə bilərəm? Deyilən vaxtda xəstəxanaya getdim. Məni bir otağa apardılar. Orada 4 həkim var idi. Hər biri ayrı-ayrılıqda verdikləri “Sizin görmə ilə bağlı probleminiz yoxdur. Amma işıqforun qırmızı işığında 58 saniyə sonra keçmisiniz. Bu, ciddi yol hərəkəti qüsurudur. Bunun yalnış hərkət olduğunu anlayırsınızmı?” sualına 4 dəfə təkrar-təkrar “Əlbəttə, anlayıram”- cavabını verdim. Düşündüm ki, bundan sonra məni sərbəst buraxar və vəsiqəmi qaytararlar. Amma yenə də vermədilər.
Aradan 3-4 gün keçəndən sonra yenə polis bölməsinə çağırdılar. Düşündüm ki, yəqin vəsiqəmi qaytarmaq üçündür. Yenə gümanım səhv imiş. Bu dəfə məni avtomobili idarə edərək yol hərəkəti qaydalarına necə riayət edəcəyimi yoxlayacaqdılar. Əvvəlcə bir proqram verdilər. Bir gündə 2 saatlıq, dördgünlük proqram idi. İlk gün mənimlə bərabər daha 3 nəfər müşayiətçi avtomobilə mindi. Biz şəhəri gəzməli idik. İlk işıqforda əyləci sıxdım. Avtomobil dayanan kimi yanımda əyləşən məmur dedi: “Bu, işıqfordur. Qırmızı işığı yanarsa, saxlamaq lazımdır. Anlayırsınız, elə deyilmi?” Çar-naçar təsdiqlədim: “Bəli, qırmızı işıqda avtomobili dayandırmaq lazımdır”. Yaşıl işıq yananda arxada əyləşən digər məmur dedi: “Yaşıl işıqda hərəkət edirlər. Anlayırsınız, elə deyilmi?” Mən məcbur olub təkrar etdim: “Bəli, yaşıl işıqda hərəkətə başlanılır. 4-5 dəqiqəlik gəzintidən sonra yenə işıqfora rast gəldik. Mən təbii olaraq, maşının əyləcini sıxdım. Az öncə səslənən fikirlər sanki robot səsləndirirmiş kimi təkrarlandı. Bu dialoqlar hər işıqforda oldu. Həmin gündən sonrakı növbəti 3 gündə prosedurlar eynilə davam etdirildi. Mənim sürücülük vəsiqəmi yenə vermədilər. Məlum oldu ki, həmin 3 nəfər məşvərət etməli, sürücülük vəsiqəsinin verilib-verilməməsi haqda qərar qəbul etməlidilər. Bu isə 5 gün çəkdi. Məni yenə də polis bölməsinə çağırdılar. Bu dəfə hansı testdən, hansı məmurla danışacağımı götür-qoy edə-edə bölməyə getdim. Düşündüklərimin tam əksi oldu. Mənə qaydalardan ibarət kitab, xəbərdarqlıq haqda qərarın surəti, tibbi müayinənin nəticələrini və digər sənədləri, ən vacibi, sürücülük vəsiqəmi verdilər. Bu qədər çək-çevirdən sonra sürücülük vəsiqəm gözümdə çox kiçik, lazımsız bir sənədə çevrilmişdi.
Bu hadisəni bir azərbaycanlı iş adamı danışıb. Ona bir sualı da biz verdik: Bütün bu prosedurların, get-gəlin, cərimələrin nəticəsi nə oldu?
“Mən işıqfor görəndə 5 metr qalmış avtomobilimi saxlayır, yaşıl işıq yanandan 5 saniyə sonra hərəkətə başlayıram”.
 
Sənan Nəcəfov


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Смотрите также

8 maddə ilə axtarışda olan şəxs Qazaxıstanda saxlanılıb - FOTO

8 maddə ilə axtarışda olan şəxs Qazaxıstanda saxlanılıb - FOTO

Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO

Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO

Avtomobil suvarma kanalına düşdü: 2 nəfər boğularaq ölüb - FOTO

Avtomobil suvarma kanalına düşdü: 2 nəfər boğularaq ölüb - FOTO

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

İkinci əl avtomobilin vuruq olmasını necə bilmək olar?

Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı

Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

Yayda avtomobillərin qiyməti ucuzlaşacaq? -EKSPERT

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Yol polisi Vüsal Kərimlinin cərimələnməsi məsələsinə aydınlıq gətirdi

Yol polisi Vüsal Kərimlinin cərimələnməsi məsələsinə aydınlıq gətirdi

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO

Uşaq pərdənin birini qaldırdı, yol polisi sürücüyə cərimə yazdı - FOTO

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Azərbaycana avtomobil gətirilməsi ilə bağlı - MÜHÜM YENİLİK - Cərimə olacaq

Azərbaycana avtomobil gətirilməsi ilə bağlı - MÜHÜM YENİLİK - Cərimə olacaq

“BMW” 360 min avtomobili geri çağırır

“BMW” 360 min avtomobili geri çağırır

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Körpüdən düşən beton parçası avtomobili zədələyib: Zərəri kim ödəməlidir? - VİDEO

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

Magistral yolda "oyun çıxardan" sürücülər - VİDEO

Azərbaycanda dəhşətli qəza - avtomobil aşdı, 3 nəfər öldü

Azərbaycanda dəhşətli qəza - avtomobil aşdı, 3 nəfər öldü

Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Xüsusi Bugatti Chiron

Xüsusi Bugatti Chiron

BMW yenilənmiş 7-Series təqdim etdi

BMW yenilənmiş 7-Series təqdim etdi

Audi-dən təkmilləşdirilmiş TT RS

Audi-dən təkmilləşdirilmiş TT RS

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Renault Vel Satis-in davamçısını göstərdi

Renault Vel Satis-in davamçısını göstərdi

Jaguar yeni superkar hazırlayır

Jaguar yeni superkar hazırlayır

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Audi Travolution proyektinin genişlənəcəyini elan edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Rolls-Roys rekord satış qeyd edir

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? - VİDEO

İcra başçısının maşını qırmızı işıqda dayanmamalıdır? - VİDEO

Porsche 911 GT2 RS premyerası

Porsche 911 GT2 RS premyerası

Subaru Cosworth Impreza STI CS 400

Subaru Cosworth Impreza STI CS 400

Hummer konveyri birdəfəlik bağlanır

Hummer konveyri birdəfəlik bağlanır

Добавить комментарий