Anket
Sığortanın hansı yaxşıdır?

27 Ağu 15:33Öyrənək

Sürücülük hüququ məhdudlaşdırılanda vəsiqəni təhvil verin- Yoxsa...

3 gün müddətinə təhvil vermək lazımdır

Sürücülük vəsiqəsinin hansı hallarda məhdudlaşdırılması ilə bağlı oxucular çoxsaylı suallar ünvanlayır. Avtosfer.az xəbər verir ki, sürücülük vəsiqəsi aşağıdakı hallarda məhdudlaşdırılır:
1) Sürücü 20 cərimə balı topladıqda
2) Sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən zaman (məhkəmənin qərarı ilə)
3) Yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına yüngül, orta və ya ağır bədən xəsarətinin yetirilməsinə görə (məhkəmənin qərarı ilə)
4) Cərimə məbləğini 3 ay müddətinə ödəmədikdə (məhkəmənin qərarı ilə)
5) Avtoxuliqanlıq edən zaman (məhkəmənin qərarı ilə)

Sürücülük vəsiqəsi məhdudlaşırıldıqdan və yaxud bu barədə məhkəmə tərəfindən qərar verildikdən sonra sürücülər bir çox hallarda vəsiqəni özlərində saxlayırlar. Qeyd edək ki, bu yanlış addımdır. Vəsiqə sürücünün özündə qaldığı halda məhdudlaşdırılma müddəti heç bir halda hesablanmır.
Bir çox hallarda sürücülər bildirir ki, məhdudlaşdırılma müddət başa çatıb, lakin yol polisinin mərkəzi məlumat xidmətində vəsiqə məhdudlaşdırılmış kimi görünür. Bunun səbəbi vəsiqənin Dövlət Yol Polisi idarəsinin ərazi üzrə qeydiyyat-imtahan şöbəsinə təhvil verilməməsidir.

Yol Patrul Xidməti Haqqında Təlimatın 9.6-cı bəndində qeyd olunub ki, "sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən 3 iş günü müddətində hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini müvafiq DYP orqanına təqdim etməlidir. Sürücülük hüququnun məhdudlaşdırılması müddətinin hesablanması üçün DYP orqanı tərəfindən BDYPİ-nin mərkəzi informasiya sistemində qərar qəbul edildiyi gün müvafiq qeyd aparılmalıdır".

Əgər sürücülük hüququ məhdudlaşdırılmış şəxs vəsiqəni itiribsə və bu səbəbə görə vəsiqəni Dövlət Yol Polisi idarəsinə təqdim edə bilmirsə, onda rəsmi ərizə ilə vəsiqənin itməsi ilə bağlı məlumat verməlidir. Bu məlumat verildikdən sonra mərkəzi məlumat xidmətində müvafiq qeydlər aparılaraq məhdudlaşdırılma müddəti hesablanmağa başlayır.

Yəni, bəzi hallarda vətəndaşlar sürücülük hüququnun məhdudlaışdırıması barədə xəbər tutandan sonra vəsiqəni təhvil vermirlər və elə zənn edirlər ki, onsuz da, vaxt gedir. Lakin onun hesabladığı "məhdudiyyət müddəti" başa çatanda həmin şəxs rahatlıqla maşın sürməyə başlayanda məlum olur ki, əslində hələ vaxt getməyib. Bu halda siz hər şeyi yenidən başlamalı olacaqsınız. Odur ki, özünüz özünüzü aldatmayın və qaydalarda yazılanlara uyğun hərəkət edin.

 

Təbriz



Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: