На главную страницу
» » Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO

Daxili işlər naziri 41 nəfəri zabit vəzifəsinə təyin etdi – FOTO


Onlar ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar

İyulun 15-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani  şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.
Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.
Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 5 məzundan 1-i Nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Baş Kadrlar İdarəsinə, 2 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər. 
Tədbirə yekun vuran Daxili İşlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında Ulu Öndərimizin və möhtərəm Prezidentimizin vurğuladıqları kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.  
Daxili İşlər naziri Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. 
Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
 
Elmin


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Смотрите также

Ziya Bünyadov prospektində yol qəzası - FOTO

Ziya Bünyadov prospektində yol qəzası - FOTO

8 maddə ilə axtarışda olan şəxs Qazaxıstanda saxlanılıb - FOTO

8 maddə ilə axtarışda olan şəxs Qazaxıstanda saxlanılıb - FOTO

Avtomobil suvarma kanalına düşdü: 2 nəfər boğularaq ölüb - FOTO

Avtomobil suvarma kanalına düşdü: 2 nəfər boğularaq ölüb - FOTO

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Bakıda parklanma qiymətlərinə yenidən baxılır - VİDEO

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı

Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

2 milyon avroluq “Ferrari” qaçırıldı: polis qaçıran şəxsi axtarır - FOTO

Yol polisi Vüsal Kərimlinin cərimələnməsi məsələsinə aydınlıq gətirdi

Yol polisi Vüsal Kərimlinin cərimələnməsi məsələsinə aydınlıq gətirdi

“Alfa Romeo” yeni modelini təqdim etdi - FOTO

“Alfa Romeo” yeni modelini təqdim etdi - FOTO

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - ŞOK RƏQƏM

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

“Avtoş”ların maşınını bazardan necə yığışdıraq?

Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Azərbaycanda bəzi avtomobillərin qiyməti düşüb

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

"Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşdırılmalıdır"

Prezident taksi xidməti ilə bağlı fərmanı imzaladı - 50 manat cərimə

Prezident taksi xidməti ilə bağlı fərmanı imzaladı - 50 manat cərimə

"Azneft" dairəsi bağlandı: alternativ yollar açıqlandı - FOTO

"Azneft" dairəsi bağlandı: alternativ yollar açıqlandı - FOTO

Azərbaycanda daha bir yolun yenidən qurulması yekunlaşdı - FOTO

Azərbaycanda daha bir yolun yenidən qurulması yekunlaşdı - FOTO

Azərbaycanda dəhşətli qəza - avtomobil aşdı, 3 nəfər öldü

Azərbaycanda dəhşətli qəza - avtomobil aşdı, 3 nəfər öldü

Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO

Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO

Ötən gün baş verən yol qəzasında - 2 ölü

Ötən gün baş verən yol qəzasında - 2 ölü

Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR

Səkilərdə avtomobil park edənlər cəzalansın - FOTOLAR

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Kia məşhur krossover Sportage-i yeniləyib

Kia məşhur krossover Sportage-i yeniləyib

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Toyota Qafqaz yeni Corolla və Rav4 modellərini təqdim etdi

Lamborghini Huracan EVO-nu təqdim etdi

Lamborghini Huracan EVO-nu təqdim etdi

Neftçalada istehsal olunan “Peugeot”: İNANILMAZ qiymət

Neftçalada istehsal olunan “Peugeot”: İNANILMAZ qiymət

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Taksi avtomobillə toqquşdu: 2 bacı öldü, 3-ü isə yaralandı - FOTO

Bugatti 1200 a.g. əldə edəcək

Bugatti 1200 a.g. əldə edəcək

Porsche 911 GT2 RS premyerası

Porsche 911 GT2 RS premyerası

Добавить комментарий