Anket
Sığortanın hansı yaxşıdır?

07 Eyl 16:00Qaydalar

Bakıda dayanma-durma qaydasını pozan sürücü həbs edildi - FOTO

Sentyabrın 5-i paytaxtın 20 yanvar dairəsinin yaxınlığında idarə etdiyi 99-AD-146 qeydiyyat nişanlı "Daewoo Centra" markalı avtomobilin sürücüsü 3.27 nişanının qüvvədə olduğu sahədə dayanma durma qaydasını pozub.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 
Həmin ərazidə xidmət aparan YPX əməkdaşları sürücüyə yaxınlaşaraq dayanma durma qaydasını pozduğunu bildiriblər. Avtomobillə törədilmiş xətalara görə yazılan cərimələrin və sürücüyə aid etibarnamənin olmadığını bildirən polis əməkdaşları daha sonra ondan müvafiq qaydada sənədləri tələb ediblər. Lakin sürücü, polis əməkdaşlarına tabesizlik göstərərək nalayiq ifadələr işlədib. O, daha sonra hadisə yerindən yayınmaq istəyərkən polislərin tədbirləri nəticəsində saxlanılaraq Yasamal rayonunun 29-cu polis bölməsinə təhvil verilib.
1990-cı il təvəllüdlü sürücü Aşurov Zahid Ziyat oğlu sentyabrın 6-ı Yasamal Rayon Məhkəməsinə gətirilərək törətdiyi xətalar ona sübut olunub və o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozduğuna görə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Təbriz


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: