Anket
Sığortanın hansı yaxşıdır?

12 Mar 18:02QaydalarBaxış: 57 Carlife

Bu nişan olan yerdə maşında gözləyən sürücüyə cərimə yazıla bilər? - İZAH


Sürücülər tərəfindən törədilən qayda pozuntularından biri də dayanma-durma qaydalarıdır. Bu qayda pozuntularını törədib inzibati məsuliyyətə cəlb olunan sürücülər redaksiyamıza çoxsaylı şikayətlər ünvanlayaraq bildirirlər ki, 3.28 durmaq qadağandır nişanının təsir sahəsində dayanıb avtomobildə gözlədiyimiz halda bizə cərimə yazılıb.
Bu nişanın təsir sahəsində avtomobildə olduğunuz halda sizə cərimə yazıla bilər?
Qanunvericilikdə qeyd olunub ki, 3.28 nişanının təsir sahəsində yalnız adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması zamanı dayanmaq olar. Yəni bu nişanın təsir sahəsində sürücünün dayanmasına o şərtlə icazə verilir ki, avtomobilə ya adamlar minib-düşsün, ya da yük vurub yük boşaldılsın. Bu hallar yoxdursa deməli, nəqliyyat vasitəsi durmuş hesab olunur.
Sürücülər düşünür ki, əgər avtomobilin mühərriki işlək vəziyyətdədirsə və ya avtomobilin sükanı arxasında əyləşiblərsə onlara heç kim cərimə yaza bilməz. Əsasən bu problemlə taksi sürücüləri üzləşir.
Qeyd edək ki, nəqliyyat vasitəsi 3.28 nişanının təsir sahəsində dayanan kimi sərnişin dərhal düşməli və ya minməlidir. Bu halda inzibati xəta tərkibi yaranmır. Lakin sərnişin və ya sürücünün özü qeyd olunan nişanın qüvvədə olma sahəsində dayanıb mağazaya və yaxud yaşadığı ünvana gedib qısa bir zamanda qayıdırsa nəqliyyat vasitəsi durmuş hesab olunur. Bu halda yazılmış cərimə tam olaraq qanunidir.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: