Anket
Sığortanın hansı yaxşıdır?

22 Eyl 06:26Qaydalar

Bu cür sürücülərə fikir verməyin: faciə ilə nəticələnə bilər - VİDEO

Yolda hərəkət zamanı yersiz səs və işıq siqnalından istifadə edən  sürücülərə tez-tez rast gəlirik. Onlar, bu siqnallardan istifadə edərək svetoforda dayanmış və yaxud üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol verən sürücüləri tələsdirmək məqsədilə verirlər. Bu tip sürücülərdən birinin videogörüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, paytaxtın Həsən bəy Zərdabi küçəsində geriyə dönmək istəyən sürücü qarşıdan gələn avtomobillərə yol verir. Bu zaman görüntünü qeydə alan avtomobilin arxasında dayanmış taksi sürücüsü, səs siqnalından və əl işarələrindən  istifadə edərək ondan sürməyi tələb edir. Qarşıdakı sürücü buna əhəmiyyət verməyərək səbirli şəkildə gözləyir. Daha sonra geriyə dönərək svetoforun qırmızı işığında dayanır və həmin sürücüyə öz haqlı iradını bildirir.
Sözügedən görüntünü sizə təqdim edirik.
 
Fərid

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: