Anket
Sığortanın hansı yaxşıdır?

04 Ara 23:40QaydalarBaxış: 378 Carlife

Dayanma qadağan deyil, lakin BNA cərimə yazır - VİDEO


Avtosfer.az saytının əməkdaşı Təbriz Yusubov idarə etdiyi avtomobili paytaxtın Rəşid Behbudov küçəsində qanuni şəkildə park edən zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. 
Qeyd edək ki, R.Behbudov küçəsinin sol tərəfində dayanma durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb, asfalta isə 1.4 sarı nişanlanma xətti çəkilib. "Yol Hərəkəti Haqqında Qanun"un 52-ci maddəsinin IV hissəsinin 10-cu bəndində qeyd olunub ki, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma durma qadağandır.
Həmçinin 69-cu maddənin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 nişanlanma xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir.
Əməkdaşımız Təbriz, Rəşid Behbudov küçəsinin sol tərəfində (Bakı Şəhər Prokurorluğunun yanında) sarı xətt bitdikdən sonra, yəni nişan qüvvəsini itirən yerdən sonra avtomobilini qaydalar çərçivəsində park edib. Lakin BNA əməkdaşları onun barəsində qanunsuz qərar qəbul edərək guya qayda pozduğunu bildirilib.
Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi düzgün tərtib edilməmiş qərarı ləğv edəcək.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: