Anket
Sığortanın hansı yaxşıdır?

18 Şub 09:59YazarlarBaxış: 52 Carlife

Yanacağın qiyməti qalxdı, sərfiyyat artdı- YDM-lərdə nə baş verir?

Son zamanlar sürücülər yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı şikayətlər səsləndirirlər. Bununla bağlı ekspert Elməddin Muradlı da öz "Facebook" hesabında məlumat paylaşıb.Son zamanlar sürücülər yanacağın keyfiyyətinin aşağı olma
 

Son zamanlar sürücülər yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı şikayətlər səsləndirirlər. Bununla bağlı ekspert Elməddin Muradlı da öz "Facebook" hesabında məlumat paylaşıb.



O bildirir ki, yanacağın keyfiyyəti ilə bağlı ciddi məsələ qaldırmaq lazımdır. Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb. Nə sirdirsə eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 km fərq edir. Yəni əvvəl 10 manata 11 litr benzin alıb 100 km sürənlər indi deyirlər ki, 11 manata yenə də 11 litr benzin alinsa da sərfiyyat 70-80 km-dən o yana keçmir. 
Deməli, yanacaqdoldurma məntəqələri ya yanacağı daha çox kəsir, ya da tərkibinə çoxlu qatqılar qatılır. Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır. 
Litrdə kəsirlərsə demək ki, cibimizə girirlər və soyğunçuıuq edirlər. 
Qatqı qatırlarsa lap pis. Deməli, onkoloji xəstəlillərin sayı artacaq, ətraf mühit daha çox çirklənəcək.
Görəsən bunu edənlərin özü, ailəsi, balaları bu havanı udmur? 
Ekspert onu da qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin bu məsələyə ciddi yanaşacağına inamım böyükdür. Heç kim yaxasını kənara çəkməməlidir. Hamı birlikdə sözünü deməlidir. Cibimizə girirlər, həyatımızı zəhərləyirlər, bu mafiyaya dur deyilməlidir. Artıq yetər. Yanacaq mafiyası çox irəli getdi.


Məsələyə tanınmış Sahil usta da münasibət bildirib. "Son günlərdə bu şikayətlərlə bağlı bizə də yaxınlaşan sürücülər olub. Onlar sərfiyyatın artdığını bildirirlər. Lakin mühərrikə baxış keçirtdikdə məlum olur ki, avtomobilin şamları dəyişdirilməyib, yanacaq çiləyiciləri  çirklənib, termostat qış üçün nəzərdə tutulandan deyil. Son günlər havaların 0 dərəcəyə yaxın keçməsi, avtomobillərin gec qızması və sadaladıqlarım nasazlıqlar yanacaq sərfiyyatının artmasına səbəb olur. Düşünmürəm ki, sərfiyyatın artması yanacaqla bağlıdır. Yanacağın keyfiyyətində ciddi bir nöqsan görmürük"- deyə Sahil usta bildirib.

Təbriz


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: