Məzmuna keç

Məxfilik siyasəti

Sayt kimə məxsusdur

carlife.az Tedroid Innovations məhsuludur və “TMEDIA GROUP COMPANIES” MMC-nin sahibliyi əsasında fəaliyyət göstərir.

Topladığımız məlumatlar

Saytı oxumaq üçün qeydiyyat lazım deyil. Əlaqə formunu doldurduqda adınız, e-poçt ünvanınız və mesajınız yalnız sizə cavab vermək üçün saxlanılır və heç bir üçüncü tərəflə paylaşılmır.

Brauzer yaddaşı və statistika

Seçdiyiniz görünüş (açıq və ya qaranlıq rejim) yalnız sizin brauzerinizdə saxlanılır. Saytın necə oxunduğunu anlamaq üçün ümumi statistika xidmətlərindən istifadə edə bilərik.

Videolar

TikTok, Instagram və YouTube videoları siz “oynat” düyməsinə basana qədər yüklənmir. Oynatdıqdan sonra həmin platformanın öz məxfilik qaydaları tətbiq olunur.

Məlumatların silinməsi

Göndərdiyiniz məlumatların silinməsini istəsəniz, əlaqə səhifəsindən bizə yazın.

Müəllif hüquqları

Saytdakı materialları icazəsiz istifadə etmək, təkrarlamaq və yenidən yayımlamaq qadağandır. Bu şərtləri pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb oluna bilər.