Yeni G50 və M paket şərti! BMW-nin yeni 3-cü seriyası klassik E90 və F30 ruhunu xatırlatsa da, dizaynda G20-nin gerisində qalır və xarici görünüşün tam vidə gəlməsi üçün isə mütləq M paket tələb edir. Eksteryeri M paketlə düzəltmək mümkün olsa da, interyerdəki daxili konsol və böyük paralepiped ekran dizaynı "Prius" salonunu xatırlatdığı üçün kəskin tənqid olunur. Bütün G50 modelləri 48V "mild-hybrid" sistemlə təchiz olunub və 2.0 litrlik versiyası ilə yanaşı, həyəcan axtaranlar üçün 3.0 litrlik 443 at gücünə malik M versiyası təqdim edilir.