Jetour TX markanın ilk tam elektrikli modeli olacaq. Chery qrupuna daxil olan Jetour kompakt krossover üçün ilkin satışları 16 noyabrda açacağını Jetour Global Travel+ konfransında açıqlayıb. Qiymət hələ elan olunmayıb.
Avtomobilin uzunluğu 4 605 mm, eni 1 880 mm, hündürlüyü 1 700 mm, təkərlər arası məsafəsi isə 2 735 mm-dir. Bu ölçülərlə TX Azərbaycanda da yaxşı tanınan kompakt krossover sinfinə aiddir.
Jetour TX menzili və gücü
Bütün versiyalarda Chery-nin 67,2 kVt·saatlıq Rhino batareyası quraşdırılır. Menzil Çin CLTC sikli üzrə 550 km, daha real WLTP üzrə isə təxminən 446 km-dir. Orta sərfiyyat 100 km-ə 13,5 kVt·saat göstərilir. Tək mühərrikli versiyanın gücü 200 kVt (268 at gücü) təşkil edir. Tam ötürücülü versiyanın ümumi gücü 275 kVt (369 at gücü), 0-dan 100 km/saata sürətlənməsi isə 5 saniyə ətrafındadır.
Yolsuzluq üçün də hazırlanıb
Jetour TX-i şəhər elektromobili kimi deyil, səyahət avtomobili kimi təqdim edir. Klirens 200 mm, sudan keçmə dərinliyi 500 mm-dir. Giriş bucağı 21°, çıxış bucağı 26° təşkil edir. Avtomobildə yolsuzluqda yavaş hərəkət rejimi və yerində dönmə funksiyası var. 6,6 kVt gücündə V2L funksiyası ilə batareyadan xarici cihazları qidalandırmaq mümkündür.
Salonda 15,6 düymlük 2,5K ekran, Snapdragon 8775 prosessoru, isitmə, ventilyasiya və masajlı oturacaqlar var. Öndəki 150 litrlik baqaj yuyula bilən materialdan hazırlanıb. Falcon 500 sürücü köməkçisi şəhərdə və magistralda naviqasiya ilə avtomatik idarəni dəstəkləyir.
Mənbə CarNewsChina