Məzmuna keç

BYD yeni elektrikli superkarı - Denza Z-ni təqdim etdi

Çinin avtomobil istehsalçısı BYD premium markası Denza seriyası altında hazırladığı yeni elektrikli superkar - Denza Z modelini rəsmi olaraq təqdim edib. Şirkət yeni model ilə Porsche, Ferrari və Lamborghini kimi məşhur idman avtomobillərinə rəqib olmağı hədəfləyir.

BYD-nin yeni superkarı - Denza Z

0-dan 100 km/saat sürətə 2 saniyədən az vaxtda çatır

Denza Z üç elektrik mühərriki ilə təchiz edilib. Güc qurğusu ümumilikdə 1 582 at gücü hasil edir və avtomobilin 0-dan 100 km/saat sürətlənməsi 2 saniyədən az vaxt aparır.

Modelin maksimal sürəti isə 350 km/saat olaraq açıqlanıb.

9 dəqiqəyə demək olar ki, tam enerji yığır

Superkarın ən diqqətçəkən xüsusiyyətlərindən biri də ultra sürətli enerji doldurma texnologiyasıdır.

BYD-nin yeni nəsil platforması sayəsində Denza Z 1 500 kVt gücündə enerji doldurmanı dəstəkləyir və batareyanı 9 dəqiqə ərzində 97%-ə qədər doldurmaq mümkün olur.

Bir neçə kuzov variantı təqdim olunacaq

Denza Z yalnız kupe versiyasında deyil, həm də kabriolet (Spider) və Track Edition adlı yüksək performanslı versiyalarda satışa çıxarılacaq.

Avtomobil dörd nəfərlik salon, tam ötürücü sistemi və BYD-nin ən yeni elektrik platforması ilə təchiz edilib.

Qiyməti 200 min dollara yaxın olacaq

Yeni elektrikli superkarın başlanğıc qiymətinin təxminən 200 min ABŞ dolları olacağı gözlənilir. Denza Z ilk olaraq Böyük Britaniyada keçirilən Goodwood Festival of Speed tədbirində nümayiş etdirilib və sonradan digər bazarlarda da satışa çıxarılacaq.

Son xəbərlər